Yenilənmiş Galaxy Note 7 sertifikat aldı

Partlama problemi səbəbi ilə geri çağırılan Note 7-nin yenilənmiş versiyası sertifikat alıb.
Satışa çıxdıqdan bir müddət sonra geri çağırılan Samsung-un Galaxy Note 7 modelinin yenilənmiş versiyası satışa çıxacaq. Yenilənmiş Galaxy Note 7 Android 7.0 NougatWiFi sertifikatı alıb.

Cənubi Koreyalı texnologiya nəhəngi Samsung yenilənmiş Galaxy Note 7 modelini daha kiçik bir batareya ilə satışa çıxaracaq. Bu cihaz SM-N935S model nömrəsinə sahib ola bilər.

WiFi Alliance tərəfindən təsdiqlənən telefon haqqında Android 7.0 Nougat ilə gəlməsi xaricində hər hansısa başqa məlumat yoxdur.