Yeni Ryzen Apu Prosessorları Satışa Təqdim Edildi

Ryzen Apu prosessorları çox güclü statistik göstəriciləri ilə İntel-i geridə qoymağı planlaşdırır.

Yaxın zamanlarda  AMD-nin 2-ci nəsil  Ryzen prosessorları haqqında xəbər hazırlamışdıq.İndisə hazırladığımız bu xəbərdə 2-ci nəsil Ryzen prosessorlarının qiyməti və xüsusiyyətləri haqqında danışacıyıq.Artıq 2-ci nəsil Ryzen prosessorları satışa çıxarıldı.Biz bu yeni nəsil prosessorları  istədiyimiz vaxt ala bilərik.Amma  bu prosessorları 3-cü tərəf şəxslər ilə və ya internetdən  də asanlıqla  ala biləciyik.İndisə keçək xəbərin əsas məğzinə :)

Yeni nəsil Ryzen prosessorları gözlədiyimizdən daha performanslı olacaq.Beləki, satışa çıxarılan Ryzen 5 2400G və Ryzen 3 2200G prosessorları daxili ekran kartı ilə gəlir.Yəni bu prosessorlar özləri  ekran kartsız bir çox oyunları açmağa və ya proqramları rahat istifadə etməyə imkan verəcək.Dəyərləndirmələrə görə daxilində yerləşdirilən VEGA Radeon ekran kartları 60-90 dollarlıq ekran kartları ilə performans cəhətdən rəqabət aparır.Buda yeni nəsil Ryzen prosessorlarının nə qədər güclü olduğunu bir daha sübut edir.

AMD bir çox yerlərə Ryzen Apu sistemini yoxlamaq üçün xüsusi bağlamalar göndərib.Həmin bağlamaların içərisində olanlar.

16 GB Ram

MSİ B350İ PRO AC Anakart

Ryzen 5  2400G  və Ryzen 3 2200G

Aşağıda sizə bu prosessorlarının əsas xüsusiyyətlərini təqdim edirik.

 

Aşağıdakı şəkildə isə Rainbow Six Siege oyun performansını təqdim edirik.

Həmçinin bundan əlavə yeni nəsil Ryzen prosessorları  ilə təhciz olunmuş bütün kopüterlərdə  Meltdown və Spectre viruslarının olmadığı İnSpectre proqramı ilə təyin edilmişdir.

Aşağıda isə yeni nəsillə köhnə nəsil arasındakı olan fərqi təqdim edirik.

Bu son şəkildə  yeni nəsil Ryzen prosessorlarının nə qədər performanslı olacağını görürük.