Yeni Nokia X gəlir! Özü də Android sistemi ilə.

Finlandiyalı şirkət HMD Global rəsmi olaraq Nokia X adlı yeni bir smartfonu təqdim edəcək.


Çində görünən bəzi reklam lövhələri finlandiyalı şirkət HMD Global-ın 27 Aprel tarixində rəsmi olaraq Nokia X adlı yeni bir smartfonu təqdim edəcəyini göstərir.

Qeyd edək ki, şirkət bundan əvvəl də Android sistemi ilə işləyən yenə Nokia X adlı bir telefon satışa çıxarmışdı.  Nokia istehsalı ilk Android-li telefon olmuş bu telefon Nokia-nın bundan sonra da Android-li telefon istehsal edəcəyini düşünənləri məyusluğa düçar etmişdi. Windows ilə əməkdaşlıq edə-edə Android istifadə etdikdən və Google Play və Google Services dəstəkli sistem tətbiq etdikdən sonra telefon Microsoft şirkəti tərəfindən müxtəlif məhdudiyyətlərə məruz qalmışdı. Ancaq bu dəfə deyəsən, bu hal təkrarlanmayacaq və yeni Nokia X ən son Android yenilikləri ilə gələcək.

 

Amma təəssüf ki, yayımlanan reklamlarda yeni smartfonun dizaynı və təchizatı haqqında vacib məlumatlar verilməyib.

iPhone X kimi X simvolu ilə təqdim ediləcək smartfonda Snapdragon 845 (və ya MidiaTek) prosessor, 6 GB RAM və Zeiss şirkəti ilə birlikdə ərsəyə gələn 23 MP-lik iki arxa kamera13 MP bir ön kamera, 4 GB və ya 6 GB daxili yaddaş və Anrdoid 8.0 Oreo sistemli olacaq. Cihazın orta seqmentdə yer alacağı güman edilir.

X simvolu nəyi ifadə edir?

Fikrimizcə, Nokia 9-un sentyabrda çıxacağını nəzərə alsaq, bu X simvolu 10 rəqəmini deyil, sadəcə x hərfini ifadə edir.