Yemək təslimatı edən robotları təpikləyirlər

Bəzi insanlar robotlara qarşı aqressivdirlər

Yemək təslimatı edən avtonom robotlar istehsal edən Starship Technologies-in qurucu ortağı Ahti Heinla insanların zamanla bu robotları təpiklədiyini ifadə edib. Yaxın gələcəkdə insanların robotlara qarşı sərgiləyəcəyi davranışa nümunə olan bu vəziyyətə baxmayaraq Heinla əksəryyətin bu robotlarla qurduğu münasibətin zərərsiz olduğunu da deyib. Ancaq Heinla bu robotların zamanla insanların əsəblərini çıxdığı vasitə olduqlarını da əlavə edib.

2014-cü ildə Skype-ın qurucu ortağı Ahti Heinla və Janus Friis tərəfindən qurulan Starship Technologies yemək təslimatı etməsi üçün 55.88 sm uzunluğa və saatda 6 km sürətlə gedəbilən robotlar istehsal edir. Ötən həftə 25 milyon dollar investisiya alan şirkət Airbnb-nin baş direktorunu Baş İcraçı Direktor olaraq işə aldı. Şirkətin hədəfi bu təslimat robotlarını dünyanın hər yerindən istifadıçilərə çatdıra bilməkdir.

İnsanarın robotlara şiddət göstərməsi ilk dəfə gündəmə gəlmir. 2015-ci ildə Yaponiyada bir alış-veriş mərkəzinə bir robot yerləşdirilərək edilən araşdırmada ətrafda az insan olan zaman uşaqların robota qaşı anti-sosial davranaraq onun yolunu kəsmək, ona ləqəblər qoymaq və digər şiddət hərəkətləri tətbiq etmək kimi hallar müşahidə edilmişdi.

2016-cı ildə bir şəxs robotun üzərindəki bayrağı sökməyə çalışmışdı. Bu şiddət məsələsində isə Heinla daha rahatdır. Çünki onun robotları 9 kamera, siqnalizasiya və izləmə cihazları ilə təchiz olunub.

Ancaq yenə də insanların 80%-nin diqqət yetirmədiyi robotlarla qurulan bir çox əlaqənin müsbət olduğu da şirkət tərəfindən bildirilib. Hər halda getdikcə inkişaf edən robot texnologiyası və süni zəkanın da inkişanı nəzərə alsaq, yaxın gələcəkdə insanların müsbət münasibətinin onların öz xeyrinə olacağını da qeyd etməliyik.