Yadplanetlilərin göndərdiyi qəribə mesajlar kəşf edildi

Alimlər kosmosun dərinliklərindən gələn bir mesaj eşitdiklərini və bu ismarıcların yadplanetlilərdən gəlmə ehtimalının olduğunu açıqladı. Ancaq bu iddianın dəqiqləşməsi üçün daha çox iş görülməsi lazımdır. Independent saytında yayımlanan xəbərdə iddiaların Pacific Astronomik Cəmiyyəti Elmi yayım jurnalında yer alan bir məqalədə dilə gətirildiyi ifadə edildi. Xəbərə görə Kanadalı elm insanları kosmosda olan 2,5 milyon ulduzu araşdırdı və bunların yalnız 234 dənəsində müəyyən modulyasiyalar təsbit etdi. Edilən araşdırmada bu ulduzlarda qəribə davranışlar kəşf edildi. Kanadanın Quebec əyalətində olan Laval Universitetinin elm insanları EF Borra və E TROTTIERin yazdıqları məqalədə dünya xarici ağla aid olduğu təxmin edilən siqnallarla birə-bir eyni şəklə sahib siqnallar təsbit etdiklərini vurğuladı. Stephen Hawking və Mark Zuckerberg kimi insanlar tərəfindən dəstəklənən və bu il içərisində yadplanetlilərin həqiqətən var olub olmadığını araşdırmaq məqsədiylə qurulan Breakthrough Listen cəhdi də bu ismarıcların təsbit edilməsinin ümid verici olduğunu ifadə etdi. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .