Xiaomi Mi Mix 2 daha möhtəşəm olacaq!

Xiaomi-nin keçən ilə öz damğasını vuran Xiaomi Mi Mix smartfonun 2-ci versiyası mükəmməl özəlliklər ilə gəlir.


Xiaomi Mi Mix-in bu ilki versiyası haqqında bu günə qədər bir çox məlumatlar yayılıb. Hətta aprel ayında GearBest-in web saytında cihazın bəzi önəmli özəlliklərinin siyahısı belə yerləşdirilmişdi.

İndi isə Xiaomi Mi Mix 2-yə aid olduğu iddia edilən GFXBench siyahısı yayımlanıb. Siyahıda smartfonun Snapdragon 835 çipseti və 6 GB RAM ilə gələcəyi öz təsdiqini tapıb. Əlavə olaraq siyahıda cihazın Android Nougat (versiya 7.1.1) ilə işləyəcəyi də qeyd olunub.

Xiaomi Mi Mix 2 128GB256GB daxili yaddaş seçimləri, 19MP / 13MP kamera və 2540x1440 keyfiyyətli 6,4 düymlük AMOLED ekran kimi özəlliklərə sahib olacaq. Cihazın batareya tutumunun 4500 mAh olacağı deyilir.

Xiaomi Mi Mix 2 daha möhtəşəm olacaq!