Xiaomi Mi Max 3 telefonu yaxın zamanda təqdim edilə bilər.

Xiaomi şirkətinin etdiyi yeniliklərə və cihazlarına artıq söz ola bilməz. Hər büdcəyə uyğun cihaz var.

Yenilikləri etməyi sevən və artıq hər ay  yeni bir cihaz təqdim edən Xiaomi şirkətinin yeni bir modeli olacaq Mi Max 3-ün qutusunun şəkilləri internetdə görünüb. Belə ki, böyük ekran və böyük batareya həcmli olan bu model əsasən uzun müddət telefondan istifadə edən şəxslər üçün ideal telefondur. Xiaomi-nin CEO-su Lei Jun telefon qutusunun şəklini online olaraq paylaşıb. Bu isə yaxın zamanda bu modelin təqdim ediləcəyini göstərir.

Telefonun texniki xüsusuiyyətləri aşağıdakı kimidir.

Snapdragon 636 prosessor, 6.99 düym 18:9 nisbətində ekran, 6 GB ram və 128 GB yaddaş, Android 8.1 Oreo və 5400 mAh batareya həcmi ilə təqdim ediləcək. Kamera hissədə isə ikili kamera olacağı gözlənilir. Texniki xüsusiyyətlər dəqiq olmaya bilər. Çünki bəzi məlumatlarda var ki, cihaz Snapdragon 710 prosessoru ilə də təqdim edilə bilər.