Xiaomi Mi Box 4 və Mi Box 4c Tv Box-larını təqdim etdi.

Xiaomi yeni Tv Box cihazlarını təqdim etdi.Baxaq görək, bu cihazlar hansı xüsusiyyətləri özündə əks etdirib.

Yaxın zamanlarda sizinlə Tv Box-la bağlı xəbər paylaşmışdıq. Bu gün isə sizinlə təzə bir Tv Box haqqında məlumat verəciyik. Bu Tv Box Xiaomi tərəfindən istehsal ediləcək. Tv Box-un adı Mi Box 4 Mi Box 4c olacaq. 

Tv Box aşağıdakı xüsusiyyətləri özündə birləşdirəcək.

Android 6 sistemi.

Hybrid Log Gamma HDR və HDMİ 2.0b dəstyini verəcək Amlogic S950L çipindən güc alacaq.

DTS və Dolby Digital Plus səs sistemini dəstəkləyir.

2 GB Ram və 8 GB yaddaş Mi Box 4-də, Mi Box 4c-də isə 1 GB Ram 8 GB yaddaş.

Mi Box 4c-də Bluetooth və Dolby səs sistemini dəstəkləmir.

Cihazda HLG HDR yoxdur və cihaz HDMİ 2.0a-nı dəstəkləyir. Bu da aşağıdakı problemi özündə göstərir.

Cihaz saniyədə 60 kvadrat 4k görüntü keyfiyyətini dəstəkləməyəcək.

Bundan əlavə deyə bilərik ki, cihazlar süni zəka vasitəsilə kino və digər videolar haqqında nümunələr və tövsiyyələr təqdim edə biləcək. Dizayn baxımından dördkünc olaraq istehsal ediləcək. Mi Box 3-də isə oval dizayn idi. Pultda isə dizayn baxımından səsli danışığı qəbul edən düymənin yeri dəyişdirilərək, yuxarı hissədə yerləşdirilib.

Tv Box-un fevral ayının birindən etibarən Çində satışına başlanılacaq. Mi Box 4-ün qiyməti 55 dollardan, Mi Box 4c-nin qiyməti isə 40 dollardan başlayacaq. Biz isə bu modelləri Çin alış-veriş saytlarından əldə edə bilərik.