Xiaomi Mi 7-nin əsas özəllikləri məlum oldu!

Xiaomi-nin yeni bayraqdar smartfonu Mi 7-nin əsas özəllikləri Geekbench testlərində məlum olub.

Bugün Xiaomi Dipper adı ilə sirrli bir Xiaomi smartfonu yuxarı səviyyəli özəlliklər ilə Geekbench testlərində ortaya çıxıb. Çinli istehsalçı Mi seriyası smartfonları üçün Mi 2 vaxtlarından bu günə qədər hələ satışa çıxmamışdan qabaq xüsusi ləqəblərdən istifadə edirdi və Dipper ləqəbli yeni smartfonun Xiaomi Mi 7-nin olmasını iddia etmək buna görə də məntiqəuyğundur.

Smartfonun yayılan Geekbench siyahısı Xiaomi Dipper-in 6 GB RAM və Snapdragon 845 çipseti ilə gələcəyini göstərir. Android 8.0 Oreo ilə qutusundan çıxacaq Xiaomi Dipper, tək nüvəli testdə 2449, çox nüvəli testdə isə 8309 xal toplayıb.

Son məlumatlara görə Xiaomi Mi 7 Samsung tərəfindən hazırlanan 6.01 düymlük OLED ekrana sahib olacaq. Onu da qeyd edək ki, ekran mövzusunda istifadəçilərin əsas istəyi "always on" özəlliyidir.

Xiaomi Mi 7-də barmaq izi sensorunun ekranın altına yerləşdiriləcəyi və smartfonun 7,5W naqilsiz şarj dəstəyinə sahib olacağı iddiaları da yayılan digər məlumatlar arasındadır. Bir başqa məlumatlara görə isə smartfon bizlərə 6 GB və 8 GB RAM, 128 GB daxili yaddaşı imkanları tədqim edəcək.

Xiaomi şirkəti 27 mart tarixində Mi Mix 2S modelinin rəsmi təqdimatını edəcək. Mi 7 modelinin təqdimatının isə bu ilin iyun ayında baş tutması planlaşdırılıb.