Xiaomi MIUI10 Sistem Versiyasının Təqdim Olunacağını Açıqladı.

MIUI10 yeniləməsi öz yenilikləri ilə indiyə kimi bütün MIUI sistemlərini üstələyəcək.

Hamı tərəfindən sevilən marka olan Xiaomi telefonlar üçün yeni sistem üzərində  işləyir. MIUI10 adlanacaq bu sistem MIUI9 dan bir sıra xüsusiyyətləri ilə fərqlənəcək. Gəlin bu sistemlə yaxından tanış olaq

Xiaomi-nin nümayəndəsi  Hong Feng MIUI10-nun MIUI9-dan daha sürətli və daha ağıllı olacağını söyləmişdir. Həmçinin MIUI9-da olan bəzi xüsusiyyətlərin çıxarılarağını  və MIUI10-nun daha sürətli işləməsi üçün şərait yaradılacağını qeyd etmişdir. MIUI10-da ağıllı səs köməkçisi, yeni emoji-lər, yeni bildiriş sistemi və bildiriş paneli, daha yaxşı batareya ömrü və parametrlərin daha çox özəlləşdirilə bilməsi xüsusiyyətlərini özündə əks etdirəcək.

MIUI10 sistem yeniləməsinin  təxmini olaraq 2018-ci ilin İyul və ya Avqust aylarında təqdim edilməsi gözlənilir. MIUI10 sistem güncəlləməsi Android 8.0 ilə işləyəcəkdir. Bununla da Android-in ən son texnoloji xüsusiyyətlərini özündə birləşdirəcəkdir.

Bundan əlavə MIUI10 üçün Global Rom-u (FASTBOOT VƏ RECOVERY vasitəsi ilə) şirkət tərəfindən təqdim edildikdən sonra yüklənib istifadə edilə bilər.

Xiaomi şirkəti MIUI10 sitem yeniləməsini 6 cihaz üçün təqdim etməyəcək. Bu cihazlar Mi 2 / 2S,Mi 4i, Redmi Not 4G, Redmi 2, Redmi 2 

MIUI10-nu dəstəkləyəcək telefonlar aşağıdakılardır.

Mi 6, Mi 5/5s/Plus, Mi 4, Mi 3, Mi 4S, Mi 4c, Mi Mix, Mi Mix 2, Redmi Y1/Lite, Mi Note 2, Mi Note 3, Redmi Note 3/Pro, Redmi Note 4/4X, Redmi 5A, Mi A1, Redmi Note 5A, Mi 5X, Mi Max, Mi Max 2, Redmi 4/4X, Redmi 4A, Redmi 3/3s/Prime, Redmi Pro, Redmi 3x, and Mi Pad 3.