Xiaomi Gaming oturacaq təqdim edib.



Dünyada getdikcə Gaming məhsullarına maraq günü-gündən artır. Böyük şirkətlər və markalar hər il yeni Gaming məhsullar istehsal edirlər. Bu il Xiaomi şirkəti də Gaming məhsulları istehsal etməyə başlayıb. Şirkət Gaming notebook təqdim etdikdən bir müddət sonra Gaming qulaqcıq, Gaming mouse,Gaming telefon ( BlackShark ) təqdim etdi. İndi isə şirkət Gaming oturacaq istehsal edəcək. Oturacaq AutoFull Gaming adlanacaq. Əsasən E-sports oyunçuları üçün nəzərdə tutulub. Oturacaq Polad gövdə və 3-cü nəsil PU dərisi ilə hazırlanmışdır. Oturacaq - 90 °, 100 °, 120 ° və 155 °-ə qədər fərdiləşdirilə bilər. Hündürlüyü 124 sm, arxa genişliyi 48 sm, qabaq genişliyi isə 55 sm-dır. Gaming oturacağın qiyməti 999 yuen, yəni 150 dollar dəyərində olacaq. Rəngləri isə sarı-qara, göy-qara, boz-qara seçimlərində olacaq. Gaming oturacaqlar YOUPİN magazasından satılacaq və ordan istifadəçilərə göndəriləcək.