Xiaomi Çin bazarında Apple-ı geridə qoydu!

Çin bazarında Xiaomi Apple-dan daha böyük maliyyəyə sahibdir!
Çinin böyük texnologiya şirkəti Xiaomi dünya nəhəngi Apple-ı geridə qoyub. Çin bazarında edilən araşdırmaya görə Apple 2015-ci ildə 4-cü sırada, 2016-cı ildə isə 5-ci sırada olmuşdur. Çin hökumətinin yerli şirkətlərə dəstəyi bu sıralamaya böyük təsir etmişdir. Ona görə də bir çox şirkət Çin bazarındakı rəqabətin sağlam rəqabət olmadığını deyir.

2016-ci ildə Çin bazarında ilk 5-lik aşağıdakı kimi olmuşdur:

1. Huawei (76,2 milyon)

2. Oppo (73,2 milyon)

3. Vivo (63,2 milyon)

4. Xiaomi (51,4 milyon)

5. Apple (43,8 milyon)

Apple əgər iPhone 8 ilə yüksək nəticə əldə edərsə bu bazardakı nəticələri biraz daha yüksəldə bilər. 5-ci sırada olmağına baxmayaraq Çin və Hong Kong bazarı Apple üçün ən yaxşı 10 bazar içərisindədir.