WhatsApp məlumatlarınız artıq Facebook ilə paylaşılır!

Facebook tərəfindən satın alınan WhatsApp, ana şirkətinə məlumat verməyə başlayacaq. Facebook-da bir çox məlumatlarımız onsuzda paylaşılır, amma, görünür bu kifayət etməyib ki, WhatsApp məlumatlarımız Facebook ilə paylaşılmağa başlayacaq. Verilən məlumata görə Whatsapp profil şəkliniz, profil adınız, telefon nömrəniz və statusunuz paylaşılacaq. Hər hansı bir ismarıc məlumatının verilməyəcəyi də ayrıca qeyd edilib. Yəni, WhatsApp ismarıclarınız Facebook ilə paylaşılmayacaq. Təbii ki, bu vəziyyət sizə daha yaxşı bir reklam təqdim edə bilmək üçün olacaq. Ancaq, siz məlumatlarınızın Facebook ilə paylaşılmasını istəmirsinizsə bunu əngəlləməyin üsulu da var.


Məlumatları paylaşmaq istəmiriksə nə etməliyik? Təbii ki, WhatsApp-ın məlumatlarınızı paylaşması üçün sizdən icazə alması lazımdır. Bu səbəblə həm Android, həm də iOS platformasında yenilənmə yayımlayan firma yenilənmədən sonra WhatsApp-ı açmaq istədiyinizdə məlumatların Facebook ilə paylaşılacağına dair sizdən təsdiq istəyir. Əgər siz bunu təsdiq etsəniz məlumatlarınızın istifadə olunmasını qəbul etmiş olacaqsınız. Lakin, təsdiqləməmə haqqınız da var. Əgər, Siz "Facebook-un mənə daha yaxşı reklam və məhsul təcrübəsi təqdim edə bilməsi üçün WhatsApp hesab məlumatlarımı Facebook-la paylaş. Bu ayarla söhbətlər və telefon nömrəniz paylaşılmayacaq " şəklində olan bidirişin sağında olan qutucuğu işarələsəniz, bu paylaşmanı təsdiq etmiş olacaqsınız. Əks halda, işarəni qaldıraraq təsdiq etmədiyiniz təqdirdə, WhatsApp məlumatlarınız Facebook ilə paylaşamayacaqdır. Bir digər üsul: Ayarlar> Hesabım> Hesab məlumatlarımı paylaş (Settings> Account> Share my account info) bölməsiylə məlumatın paylaşılıb-paylaşılmamasını idarə edə bilərsiniz.


Yəni, bu paylaşım tamamilə sizin istəyinizə bağlıdır. Siz istəmədiyiniz təqdirdə WhatsApp məlumatlarınız Facebook-la qətiyyən paylaşılmayacaq. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .