WhatsApp-da yenilik: Çox danışdığın şəxsləri önə al!

WhatsApp tezliklə istifadəyə verəcəyi yeni özəlliyin testlərinə Android platformasında başlayıb.
Məşhur mesajlaşma tətbiqi WhatsApp yeniliklərinə yavaşlamadan davam edir. Beta müddətini daha çox Android platformasında davam etdirən WhatsApp-ın yeni bir özəlliyi test etdiyi məlum olub.

Yayılan xəbərlərə görə WhatsApp-ın yeni beta versiyasında mesajlarda olan ulduz özəlliyinin bir bənzəri də söhbətlərə əlavə olunacaq. Pin adı verilən sistem sayəsində WhatsApp-da ən çox danışdığınız şəxsləri siyahının əvvəlinə sabitləyə biləcəksiniz.



Özəlliklə qrup söhbəti edən insanların çoxu digər söhbətlərin siyahıda alt sıralara düşməsindən şikayətçi idi. Bu özəlliyin köməyi ilə çox danışdığınız şəxsləri siyahıda önə ala biləcəksiniz.