WhatsApp-da Qrupla Görünütülü Zəng

Booyah Video Chat for WhatsApp tətbiqi vasitəsi ilə WhatsApp-da qrupla görüntülü əlaqə saxlamanız mümkündür.

WhatsApp hazırda dünyada ən böyük mesajlaşma tətbiqlərindən biridir. Ancaq uzun müddətdir planlanmasına baxmayaraq hələ görüntülü qrup söhbəti funksiyası təqdim olunmamışdır. Booyah Video Chat for WhatsApp tətbiqi vasitəsi ilə  WhatsApp-da qrupla görüntülü əlaqə saxlamanız mümkündür. Booyah tətbiqi həm Android , həm də IOS platformasında istifadə oluna bilər.

-Booyah ,yüksək keyfiyyətli görüntülü qrup görüşmələri üçün xüsusi bir API istifadə edir. Bunun sayəsində WhatsApp dostlarınızdan ibarət qrupla asanlıqla görüntülü əlaqə saxlaya bilirsiniz. Tətbiqi yüklədikdən sonra görüntülü zəng üçün dəvət ediləcək dostlar siyahısını  almaq üçün WhatsApp hesabınıza bağlanır. Qeyd edək ki,görüntülü zəng edəcəyiniz dostlarınızda tətbiqi istifadə etməlidir.

-Çox asan istifadəyə malik Booyah tətbiqi  tək bir butona toxunaraq görüntülü zənginizi təmin edir. Görüntülü qrup söhbətinə 12 nəfərə qədər dost dəvət edə bilərsiniz. Tətbiq görüntülü zəng edə bilmək üçün sadəcə WhatsApp-la məhdudlanmır. Əgər WhatsApp istifadə etmirsinizsə  Snapchat ,Instagram və Facebook Messenger kimj digər platformalardaki dostlarınızla görüntülü danışa bilərsiniz.