WhatsApp-a uzun müddətdir gözlənilən funksiya əlavə olundu!

Məşhur mesajlaşma tətbiqi WhatsApp-a yeni özəlliklər gəldi.

Sosial media nəhəngi Facebook-un tərkibində olan məşhur mesajlaşma platforması WhatsApp-a əhəmiyyətli yeniləmə gəlib. Bu yeniləmə ilə "Sticker" özəlliyi istifadəyə verilib. 

Sözügedən yeni özəlliyin köməyi ilə istifadəçilər öz söhbətlərində stikerlərdən istifadə edə biləcəklər.

WhatsApp-ın Android 2.18.329 BetaiOS üçün 2.18.100 yeniləməsi ilə istifadəçilərə təqdim edilən yeni özəlliklə birlikdə tətbiqin içinə müəyyən kateqoriyalara görə qruplaşdırılan "stiker mağazası" da əlavə olunub.

Hələki WhatsApp tərəfindən bu mağazaya 12 stiker paketi yerləşdirilib. Sonda qeyd edək ki, stiker paketlərinin sayının tezliklə artması gözlənilir.