WhatsApp Web üçün yeni özəllik!

WhatsApp-ın kompüterdən istifadə edilmə özəlliyi olan WhatsApp Web ötən illərdə Windows və Mac platformalarına xüsusi bir tətbiq şəklində gəlmişdi. Tez-tez yenilənən WhatsApp Web tətbiqinə bu gün yeni bir özəllik əlavə olundu. WhatsApp Web-in yeni özəlliyi ilə artıq mesajlarınızı çox asan bir şəkildə cavablayacaqsınız.

WhatsApp Web-in istifadə qaydası haqqında olan xəbərimizə bu yazıya toxunaraq keçid edə bilərsiniz

WhatsApp Web-in 0.2.3698 versiyası ilə "zəngin bildirim" adlandırılan özəllik sistemə əlavə edilib. Bu özəllik sayəsində WhatsApp Web-dən gələn və sağ üst tərəfdə bildiriş olaraq görünən mesajları tətbiqin ana ekranını açmadan asanlıqla cavablayacaqsınız.

WhatsApp Web-i buradan yükləyə bilərsiniz.