WhatsApp Web-dən istifadə qaydası! (Əraflı izah)

WhatsApp Web-dən istifadə qaydasını bu xəbərimizdə addım-addım izah edəcəyik.


WhatsApp Web istifadə etmək bir çox WhatsApp istifadəçisinin işlərini asanlaşdırır. Bu xəbərimizdə sizlərə WhatsApp söhbətlərinizi kompüterinizdən idarə etməyinizə kömək edən WhatsApp Web funksiyasının istifadə qaydasını izah edəcəyik. İstifadə qaydasına keçməmişdən əvvəl qeydlər ilə mütləq tanış olun.

Qeyd 1: WhatsApp Web funksiyasını istifadə edəcəyiniz mobil telefon və kompüterinizin internet şəbəkəsinə bağlı olduğundan əmin olun.
Qeyd 2: WhatsApp Web funksiyasını istifadə etdiyiniz kompüter şəxsi kompüteriniz deyilsə işinizi bitirdikdən sonra funksiyadan çıxış etdiyinizdən əmin olun.
Qeyd 3: WhatsApp Web iOS, Android və Windows Mobile ƏS-nə sahib olan bütün mobil telefonlarda, kompüterinizdə isə bütün internet brauzerlərində işləyir.

WhatsApp Web necə istifadə olunur?

1-ci addım: Bu yazıya toxunaraq WhatsApp Web səhifəsini açın




2-ci addım: Daha sonra telefonunuzdan WhatsApp tətbiqini açın.

3-cü addım: WhatsApp tətbiqindən tənzimləmələr (Ayarlar) bölməsini açın. Bu bölmədə olan WhatsApp Web yazısına toxunun.




4-cü addım: Kompüterinizdə açıq olan WhatsApp Web səhifəsindəki QR kodu telefonunuzda ekrana çıxan QR kod oxuyucu hissəyə yaxınlaşdırın.

Yuxarıdakı addımları müvafiq ardıcıllıqla düzgün yerinə yetirdikdən sonra WhatsApp Web-i asanlıqla istifadə edə bilərsiniz.