WABetaInfo-nun Twitter səhifəsində WhatsApp messencerinin yeni funksiyaları haqqında xəbər yayılıb!



Bundan sonra messencerdəki qrup söhbətlərində istifadəçilərin olduqları yeri təyin etmək mümkün olacaq. İstifadəçilərin yerlərinin təyin olunması(Live Location Tracking) funksiyası messencerin həm Android, həm də IOS versiyalarına əlavə olunacaq. Sözügedən funksiya ilk öncədən deaktiv vəziyyətdə olacaq. Lakin onu ayarlar bölməsindən aktiv etmək mümkün olacaq. İstifadəçilərin yerini təyin etmək funksiyasını 1,2,5 dəqiqə və ya bilinməyən vaxta qədər aktiv etmək mümkündür. Bu çox rahat funksiyadır. Belə ki, istifadəçi qrup söhbətində digər istifadəçilərin görüş təyin olunmuş yerdən nə qədər uzaqda olduqlarını öyrənə biləcək. Hər bir istifadəçi onu izləyə bilmək xüsusiyyətini dayandıra bilər. Bunu da təbii ki ayarlardan etmək mümkün olacaq. Sözügedən funksiyadan başqa messencerə ismarıcların redaktə olunması funksiyası da əlavə olunacaq. Belə ki, oxunmamış ismarıclar ismarıcı göndərən şəxs tərəfindən redaktə olunaraq yenidən göndəriləcək və qarşı tərəf ismarıcın yalnız redaktədən sonrakı halını görəcək.