VHS Kaset istehsalı bu ay bitir!

Artıq heç bir yerdə qarşımıza çıxmayan ancaq bir dövrə möhrünü vuran VHS Kaset dövrü artıq bitir! Yerini CD, DVD, Blue-Ray və fləş yaddaş kimi bir çox yeniliklərə hətta MicroSD kartlarına buraxan VHS kasetlərinin istehsalını edən son firma olan Funai Electric adlı Yaponiyada yerləşən şirkət artıq istehsal etməyəcəklərini və bu ay son VHS-yə bənzər VCR Kasetlərini istehsal edəcəklərini elan etdi. VHS (Video Home System) Kaset ilk olaraq Yaponiya Texnologiya Nəhəngi JBL tərəfindən 1976-cı ildə bazara çıxarılmışdı. O dövrdən sonra isə bir anda partlayış yaşayan bir texnoloji yenilik halını almağa başladı. Video qeydlərin edildiyi, üstünə filmlərin çəkildiyi VHS Sistemləri o dövrün böyük firmaları JBL, Sony, Panasonic, Sanyo kimi bir çox firma tərəfindən istehsal olundu və satıldı. Ancaq bu firmaların demək olar ki hamısı uzun zamandır bu məhsulun istehsalını dayandırmışdı. İlk olaraq 1983-cü ildə VHS Kaset istehsalına başlayan Funai Electric isə illərə meydan oxuyarcasına VHS Kaset istehsal etməyə davam edən son video kaset istehsalçısıydı. Ancaq Funai Electric hissələri tapmaqda çətinlik çəkdiklərini bildirərək, bu ayın sonunda video kaset istehsalını dayandırmaq qərarı aldı. İlk qurulduğu illərdə 15 milyon kimi bir sayla satış edən firmanın 2015-ci ildə satdığı VHS Kaset sayı 750.000 olub. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .