Uber-ə bir zərbə də Google-dan gəldi

Ötən il iOS-da işləməyən xüsusiyyət indi də Android-də işləməyəcək.

Uber üçün pis deyə biləcəyəmiz hadisə yaşanıb. Şirkətin Google Maps ilə ortaqlığı sona çatıb.

Uber istifadəçilərinin ən çox istifadə etdiyi xüsusiyyətlərdən biri olan Google Maps-dən avtomobil çağırma xüsusiyyəti Google tərəfindən sonlandırılıb.

Lakin Google Maps-dən birbaşa avtomobil çağırmaq mümkün olmasa da, Uber tətbiqinə keçid etmək mümkün olacaq.

Google-un nəyə görə bu qərar verdiyi bilinmir. Yaxın günlərdə Google tərəfindən bu barədə bir açıqlama edilməsi gözlənilir. Dünya miqyasında çətin günlər keçirən şirkətin bu hallar qarşısında dözümü də böyük marağa səbəb olur.