Twitterə yeni xüsusiyyət gəldi!

Twitter mobil platformlarındaki tətbiqinə yeni xüsusiyyət əlavə etdi. Bu gün səhər saatlarında OTA üzərindən təqdim edilən yeniləmə ilə Twitter artıq Tweet-lərə cavab saylarını səhifədə göstərəcək.   Bildiyiniz kimi Twitterin iOS və Android platformlarındaki tətbiqində Tweetin nə qədər bəyənildiyi və nə qədər Retweet edildiyi Tweet-in altında yer alan təsvirlərdə göstərilirdi. Ancaq istifadəçilər o Tweet-ə gələn cavabları nəzərdən keçirmək üçün Tweet-i açmaq məcburiyyətində qalırdı.   Twitter OTA üzərindən təqdim etdiyi yeniləmə ilə bu problemi ortadan qaldırır. İstifadəçilər artıq Tweet-i açmadan neçə adam tərəfindən cavablandırıldığını görə biləcək . Bu xüsusiyyət hələlik iOS istifadəçiləri tərəfindən istifadə edilə bilir. İrəliləyən saatlarda bu xüsusiyyətin Android istifadəçilərinə da təqdim ediləcəyini təxmin edirik.