Twitter 'səhvən' @ simvolunu sildi !

Twitterda bir insandan bəhs etmək üçün lazım olan @ işarəsi Twitter tərəfindən təcrübi bir test məqsədi ilə silindi . Twitter son zamanlarda etdiyi dəyişikliklər ilə diqqət çəkmişdi. Foto və linklərin 140 işarə limitini yığışdıran twitter indi də "səhvən" bir təcrübi test: mention atarkən @ simvolunu sildi !   Normalda test etmək üçün yalnız bir neçə adama göndərilməli olan xüsusiyyət bütün IOS istifadəçilərinə paylandı. Twitterdən gələn şərhə görə normalda 2017-ci ilin may ayında təqdim etməyi planlaşdırdıqları bu yenilik test mərhələsində bir anda bütün Twitter istifadə edən iPhone istifadəçilərinə paylandı və artıq yenilik təqdim edilmiş oldu. Səbəbi bilinməyən və yalnız kiçik bir qrupa getməsi lazım olan bu xüsusiyyətin bütün iOS istifadəçilərinə getməsinin səbəbi Twitterin özünə də naməlum olaraq qalır .   Böyük ehtimalla növbəti yeniləmə ilə düzəldiləcək bu vəziyyət artıq hər kəsə müəyyən oldu. Hesab edirik ki, Twitter bu mövzuda daha sürətli çalışaraq ortaya çıxan bu xüsusiyyəti 2017-ci ilin əvvəllərində təqdim edəcək .