Time Killer

Ivytech Innovations komandası tərəfindən android oyun istifadəçilərə təqdim olundu !

Ivytech Innovations Time Killer adlı oyunu android istifadəçilərinə təqdim etdi .  Oyun sadəliyi ilə yanaşı istifadəçidən cəldlik tələb edir . Belə ki , oyuna başlamazdan öncə aşağı sağ küncdə yerləşən "How to play?" buttonuna toxunaraq oyun haqqında qısa təlimatla tanış ola bilərsiniz :

Oynamaq üçün buttonları yaşılda saxlamağı bacarmalısınız . Yaşıl buttonlar müəyyən zaman çərçivəsində göy rəngə , göylər isə qırmızı rəngə çevrilir .Qırmızı rəngə çevrilən buttonların üzərinə iki dəgə , göy rəngə çevrilən buttonların üzərində bir dəfə basıb bütün buttonları yaşılda saxlamaq lazımdır . 

Oyunun yükləmə linki:   Time Killer