Texnologiya ilə maraqlananların baxmalı olduğu 10 film

Texnologiya ilə bağlı ən çox bilinən filmləri sizlərlə bölüşürük

Bu xəbərimizdə texnologiya ilə maraqlananların diqqətini çəkəcək filimlərin siyahısını hazırladıq . Texnologiya ilə bağlı olan 10 məşhur film:

The Social Network

2003-cü ildə bir gecə Harvard Universitetinin tələbəsi, kompüter proqramçısı Mark Zuckerberq (Facebookun təsisçisi) kompüterinin qarşısına keçdi  və yeni bir fikir üzərində işə başladı. Mark-ın ideyası qlobal sosial şəbəkə yaratmaq idi. Bu fikir onun gələcəkdə milyonlarla pul qazanmasına yardım edəcəkdi. 
Trancendence

Texnolgiya ilə maraqlananlar üçün daha da maraqlı olan bu filmdə gələcəkdə istifadə olunacaq yeni nəsil texnologiyalar, süni intellekt və 3D printerlər vardır.

Iron Man

Dəmir adam — Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış komiks personajı. Marver Comics-in ən sevilən super qəhrəmanlarından biridir. Ən çox Qisasçılar komandası ilə tanınır. Özü kimliyini açıqlamaqdan çəkinmir.

Her

 Oscar-a layiq görülən bu filmdə süni intellektlə sevgi yaşayan bir insanın hekayəsindən danışılır. 

Interstellar

Film təbii fəlakət nəticəsində məhv olmağa yuvarlanan bəşəriyyəti xilas etmək üçün atılan sonuncu addım- ulduzlararası səyahət haqqındadır. Yaxın gələcəkdə quraqlıq və qida çatışmazlığı nəticəsində insanlar son günlərini yaşayır. Saturn yaxınlığında aşkarlanamış, başqa planetlərə qısa yol olan müəmmalı keçid bəşəriyyət üçün yeganə sağ qalmaq şansıdır. Bir qrup NASA astronavtı Endurance kosmik gəmisi ilə Yer kürəsinin sağ qalan əhalisi üçün yeni bir planet axtarışına çıxır. Pilot Cooper öz uşaqlarını yenidən görmək və ya bəşəriyyəti xilas etmək arasında seçim etməlidir.

Wall-E

"Film gələcəkdə davam edir (post-apocalyptic mərhələsində) və iki robot arasında romantik münasibətlərdən bəhs olunur. Filmin əsas simvolları heyvan səsləri deyil,  Ben Burtt tərəfindən hazırlanmış bədən dili və robotik səslərdir.  Filim  indiyə qədər "Pixar Animation Studios"da hazırlanmış ən bahalı filmdir"

Minority Report

Köhnə bir kino olmasına baxmayaraq, indiyə qədər  hələ də bu filmin fraqmentləri sosial şəbəkələrdə qarşımıza çıxır. Filmdə gələcəkdə istifadə olunacaq texnoloji vasitələr göstərilmişdir.

Who am I

Bu alman filmində hacker olan baş qəhrəmanın kompüter vasitəsilə nələr etdiyi göstərilir. Bir müddət sonra bu məşhurluq ona müəyən dərəcədə çətinliklər yaradır. 

Disconnect

Filmdə ailəsinə vaxt ayırmaqda çətinlik çəkən işkolik bir vəkilin həyatı göstərilir. O, internetin köməyi ilə bir çox insanlara kömək edir. Filmin  əsas mövzusu müasir kommunikasiya texnologiyalarının insanların həyatına olan mənfi təsiridi.

The Internship

Bu film digərlərinə görə biraz köhnə olsa da, lakin gələcəkdə istifadə olunacaq texnologiyalar burada da göstərilmişdir. Filmdə süni intellekt, smart ekranlar kimi bir çox yeni texnologiyalar vardır.