Telefonunuzun yaddaşını artıracaq mobil tətbiq! (Yükləmə linki)

Əksər mobil telefon istifadəçisi cihazlarının daxili yaddaşının azlığından şikayət edir. Bu xəbərdə sizə təqdim edəcəyimiz mobil tətbiq cihazınızın yaddaş problemini qismən, çox vacib şəkillərinizin silinməsinin qarşısını isə tamamilə alacaqdır.

Adı MEGA olan bu mobil tətbiq sizlərə 50 Gb-lıq bir bulud hesabı verir. Məsələn, telefonunuzda şəkillər çox yer tutursa və heç birin silmək istəmirsinizsə bu şəkilləri rahatlıqla MEGA-nın buluduna yükləyə bilərsiniz. Eyni qayda ilə videolar, mahnılar və digər telefonunuzda olan obyektləri MEGA-nın buluduna etibar edə bilərsiniz.

İndi isə gələk bu mobil tətbiqdən istifadə qaydalarına:

1. İstifadə etdiyiniz cihazın əməliyyat sistemindən asılı olaraq Google Play (Android) və App Store (İOS)-dan bu tətbiqi pulsuz yükləyə bilərsiniz.

2. Tətbiqdə mail adresinizlə qeydiyyatdan keçib özünüzə bulud hesabı yaradırsınız. Sizə istifadə üçün pulsuz 50 Gb-lıq bulud hesabı veriləcəkdir. Əgər bir müddətdən sonra 50 Gb kifayət etməzsə MEGA-nın sizə təqdim etdiyi daha böyük ölçülü paketlərə abunə ola bilərsiniz. Bu abunəlik növündən və ölçüsündən asılı olaraq müxtəlif ödənişlə olacaqdır.

3. Sonda telefonunuzda olan obyektləri asanlıqla bulud hesabınıza yükləyə bilərsiniz. Bu hesaba yüklədiyiniz obyektləri mobil telefonunuzdan silərək cihazınızda əlavə boş yer qazanırsınız. Qeyd edək ki, bulud hesabınıza bir deyil, bir neçə cihazınızdan eyni mail və şifrəni istifadə edərək daxil ola bilərsiniz.

İOS yükləmə linki: https://itunes.apple.com/az/app/mega/id706857885?mt=8

Android yükləmə linki: https://play.google.com/store/apps/details?id=mega.privacy.android.app