Telefonu mouse və ya klaviatura olaraq istifadə etmək

Bu tətbiq vasitəsilə telefonunuzdan mouse və ya klaviatura olaraq istifadə edə biləcəksiniz.

Əgər Intel prosessorlu kompüteriniz varsa, şirkət tərəfindən hazırlanmış "Intel Remote Keyboard" tətbiqindən istifadə edə bilərsiniz. Tətbiqdən istifət etmək üçün aşağıdakı göstərişləri yerinə yetirmək lazımdır:

1. Intel Remote Keyboard tətbiqini ağıllı telefonunuza yükləyin.

2. Daha sonra Windows əməliyyat sistemindən Intel Remote Keyboard Host-u yükləyin və aktivləşdirin. Əməliyyat sisteminizin versiyasına uyğun olanı (32-bit və ya 64-bit) yüklədiyinizə əmin olun.

3. Qeyd edək ki, ağıllı telefonunuz və Windows kompüteriniz eyni internet şəbəkəsinə bağlı olmalıdır.

4.Android telefonunuzda Windows kompüterinizi seçin.

5.Kompüterinizdə geniş şəkildə QR kodu görünəcəkdir.Bu kodu android telefonunuzun kamerası ilə qeydə alın və 2 cihaz bir-birinə qoşulacaqdır.