TP-Link-dən yeni cib routeri: TL-WR902AC

Səyahətə çıxanlara lazım olan bir cihaz.

TP-Link tez-tez səyahət edənlər və ya yataqxanada yaşayan tələbələrin işinə yarayacaq cib routeri TL-WR902AC-ni satışa çıxarıb.

Ovucun içinə yerləşə bilən router kiçik həcmi sayəsində rahat şəkildə hər yerə daşına bilir. Yeni nəsil simsiz şəbəkə standartı olan 802.11AC sayəsində 733 Mbps kimi yüksək Wi-Fi sürətinə sahib olan cihaz klassik bir yönləndirici kimi mövcud şəbəkəni birdən çox cihaza paylaya bilir.

Bundan başqa, bu cihaz evdə olan Wi-Fi şəbəkəsinin çatmadığı nöqtələr varsa modemə qoşularaq Wi-Fi siqnalını evin ölü bölgələrinə çatdırmaq üçün də istifadə oluna bilir.

Cihazdakı Alıcı Rejimi (Client Mode) isə kabelli cihazları internet şəbəkəsinə bağlaya bilir. Routerdəki Ethernet girişinə ağıllı televizor, oyun konsolu və digər kabelli cihazları qoşaraq internetə çıxış əldə edə bilərsiniz.  

Qiyməti

TP-Link-in yeni cib routeri olan TL-WR902AC təqribən 50 dollardır.