Süni zəkaya sahib sevimli ev heyvanı

CES 2018 əyləncəli yeniliklərilə də yadda qaldı.

Sony şirkətinin ilk Aibo adlı mexaniki it robotu 1999-cu ildə istifadəyə verilmişdir. O dövr üçün bu inqilab sayılsa da, şirkət istehsalı dayandırmışdı. Lakin Aibo robotu CES 2018-də geri qayıtdı. Sony şirkəti tədbirdə avtonom əyləncə robotunun yenilənmiş versiyası olan "aibo"-nu təqdim etdi.

 Aibo ailə üzvləri ilə duyğusal əlaqələr yarada bilir. Onlara sevgi, həyəcan və sevinc kimi hisslərlə qarşılıq verməyi bacarır. Bu insanlar tərəfindən maraqla qarşılanıb. Bu sevimli robot ən son versiya olaraq gözəl bir görünüşə, canlı it kimi hərəkətlilik və sizə qaneedici xoş reaksiyalar vermə üstünlüklərinə sahibdir. O, həmçinin sahiblərilə daha çox əlaqə qurduqca gündəlik qarşılıqlı əlaqələr vasitəsilə öz unikal səviyyəsini də inkişaf etdirir. 
 Bədən dili göz, qulaq və quyruq hərəkəti ilə yanaşı müxtəlif səslərdən də istifadə edir. Aibo söz birləşmələrini anlayır, sevgi, gülümsəmə, baş hərəkətlərini təsbit edə və xatırlaya bilir, bununla da, sahiblərini sevindirməyi öyrənir. Bundan əlavə, sahiblərinin icazəsi ilə Aibo bu qarşılıqlı əlaqələrdən məlumatları toplayır daha sonra isə qeydə alır və müxtəlif sahiblərə görə əlaqə qurur. Əldə etdiyi məlumatlar ona daha da ağıllı olmaq imkanı verir. Sony Aibo-nun səs və hərəkət əmrlərinə reaksiya verməsi üçün süni zəkadan istifadə edir.