Sosial şəbəkələrdə vaxt keçirərkən dərs oxumaq mümkündürmü?


Getdikcə inkişaf edən texnologiya və artmaqda davam edən sosial şəbəkələr hamımızı internet aludəçisinə çevirdi. Bəs bu platformalarda vaxt keçirərkən diqqəti başqa bir şeyə yönəltmək mümkündürmü?

Mobil cihazlar və kompüterlər internetdən sonra, internet isə sosial mediyanın yaranmasından sonra daha cəlbedici oldu. Əlbəttə ki, müxtəlif əyləncəli videolar və dostlarımızdan gələn mesajlar dərs hazırlamaqdan daha maraqlı gəlir. Hal-hazırda gənclərin əksəriyyətini əhatə edən bu vəziyyətin sən demə, bilinməyən bir faydası da var imiş. Araşdırmalar nəticəsində məlum olub ki, həm dərs hazırlayan, həm də WhatsApp, Snapchat  və Instagram-da vaxt keçirə bilən gənclərdə eyni zamanda bir neçə işi yerinə yetirə bilmək qabiliyyəti formalaşır.

Digər bir tərəfdən isə bunun əksini iddia edən tədqiqatçılar internetin uşaqların və  gənclərin dərslərinə pis təsir göstərdiyini və onlarda diqqət əksikliyi pozuntusuna səbəb olduğunu bildiriblər. ResearchEd adlı təhsil sahəsində araşdırmalar həyata keçirən təşkilatın təsisçisi və direktoru Tom Bennett bütün sosial mediya platformalarının öyrənmə prosesinə zərər verdiyini açıqlayıb. Onun sözlərinə görə, dərs hazırlamaq və öyrənmək diqqət və konsentrasiya tələb edir. Ancaq sosial mediya davamlı olaraq diqqət pozuntusu yaratmaqla bu işə maneə törədir.

Valideynlərin bu problemin həllindəki rolundan danışan bəzi mütəxəssislər onların bu zaman öz uşaqlarına telefon və komüpterin istifadəsini qadağan etməsinin qətiyyən düzgün üsul olmadığını deyirlər. Yalnız məqsəddən kənar istifadə edildikdə problemlərə səbəb olacağını qeyd edən mütəxəssislər internetin düzgün istifadəsi zamanı çox faydalı bir resurs olduğunu vurğulayırlar.