Sony-dən 15000 mAh-lıq Yeni Powerbank!



Sony yeni nəsil texnologiyasıyla təchiz etdiyi daşınabilən adapterlərini təqdim elədi! Mobil batareya texnologiyasının liderlərindən olan Sony iki yeni daşınabilən adapterini təqdim etdi. 15.000 mAh və 20.000 mAh tutum seçimləriylə təqdim olunan daşınabilən adapterlər hələlik sadəcə Hindistanda satışa çıxarılsa da, məhsulların yaxın zamanda dünya bazarında satışa çıxarılacağı gözlənilir. "Lithium-Ion Polymer" batareyalardan təşkil olunan daşınabilən adapter Sony-nin "Hybrid-Gel" texnologiyasıyla dəstəklənir. Sürətli şarj xüsusiyyətinə sahib PowerBank-lar buna görə təqdim etdiyi enerjinin 90% -dən çoxunu qoruya bilir. Yeni daşınabilən adapterlə birdən çox cihazı (smartfon, planşet, ağıllı saat və s.) şarj etmək mümkündür. Hər iki məhsul ayrıca olaraq eyni zamanlı şarj xüsusiyyətinə sahibdir. Bu xüsusiyyət sayəsində adapter şarj olunarkən digər cihazları da şarj edə bilir. 15.000 mAh tutumlu adapter modeli iki ədəd micro USB portundan ibarətdir. Bu adapter 13.3 x 7.6 x 2.39 sm ölçüsündə və 390 qram ağırlığındadır. Cihazın qara və gümüş rəng variantları mövcuddur. Məhsul bir ay müddətində Hindistanda təxminən 77 dollar qiymətiylə satışa təqdim ediləcək.


20.000 mAh-lıq adapter modeli 13.8 x 7.8 x 3.06 sm ölçüsündə və 510 qram ağırlığındadır. Yalnız qara rəngdə təqdim olunan dörd ədəd micro USB portuna sahib bu model üçün təxminən 110 dollar qiymət təyin olunub. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .