Sony XZ3 modelində 4 kamera istifadə olunacaq.



Sony-nin yeni flaqman modeli olacaq Xperia XZ3-ün kamera ilə bağlı texniki xüsusiyyətləri internetə  sızıb. Sumahoinfo nəşrindən götürülən məlumata görə XZ3 -də 4 kamera olacaq. 2 kamera qabaq, 2 kamera isə arxa hissədə yerləşdiriləcək. Şirkət artıq Sony XA2 Plus modelində 4 kameradan istifadə edib . Əvvəlki modellər kimi XZ3 modeli 4K HDR çəkilişə sahib olacaq.  XZ3 modelində əvvəlki modellərə nisbətən kameraların daha təkmilləşmiş, daha üst və ən son modelləri  istifadə olunacaq.

Deyilənlərə görə XZ3 modeli Berlində İFA 2018-də təqdim edilə bilər. Yeni model həmişəki kimi, İP65/68 sertifikatlarına sahib olacaq.