Sony XZ2 Və XZ2 Compact Modellərini Tanıtdı.

Sony-nin yeni modellərini,keçmiş telefonlarının dizaylarına baxdıqda nisbətən dəyişikliyin olduğunu görürük.

Bugünkü xəbərimiz Sony telefonları haqqındadır.Sony şirkəti yaxın zamandan zamanda öz açıqlamasında qeyd etdi ki , "biz telefon bazarında yüksək markalarla rəqabət aparmırıq.Biz sadəcə istifadəçilərimizə yüksək keyfiyyət və performans təqdim edirik."Bununlada Sony özlərinə xas bazar prinspinin olduğunu vurğuladı.Beləliklə Sony öz yolu ilə davam edəcəyini və telefon bazarında olan rəqabətdən asılı olamayaraq hərəkət edəcəyini təsdiqlədi.

MWC 2018-də Sony XZ2 və XZ2 Compact modellərini tanıtdı.Yeni flaqman modeli olan XZ2 bu dəfə dizayn cəhətdən keçmiş modellərdən tamam fərqlənir.Arxası oval şəkildə olan yeni modellər əl tutmuna görə daha rahat olacağını vurğulamalıyıq.XZ2 modeli dünyada ilk telefondu ki, 4K HDR video çəkə bilir.Samsung S9 modeli isə Sony-nin keçən il tanıtdığı Superslow Motion özəlliyini bu il istifadə etdi.Buda onu göstərir ki,Sony öz yolu ilə davam edən sayca az şirkətlərdən biridir.

Sony XZ2 modelini özəllikləri aşağıdakı kimidir.

Snapdragon 845

Adreno 630

4 GB Ram 64 GB Yaddaş

5.7 dyüm ölçüdə ekran .(4K HDR dəstəklidi)

19MP arxa kamera f/2.0 25mm,4K video çəkmə qabiliyyəti, Superslow Motion.

5 MP ön kamera və  geniş bucaq ölçülü gyro EİS dəstəklidir.

Android 8.0

Batareya 3180 mAh

İP 68 standartı

Gorilla Glass 5 və 2.5D ekran

Bluetooth 5.0,WIFI 802.11 a//g/n/ac,dual band və s.