Sonic-in yeni oyunu Sonic Forces!

Çox sevilən Sonic-in yeni oyunu təqdim olunub.
Sega dünən Austin SXSW-də təşkil olunan paneldə Project Sonic 2017 kimi qeyd olunmuş oyunu rəsmi adı ilə təqdim edib. Sonic Forces adlı oyun Nintendo Switch də daxil olmaqla bütün platformalara gəlir.



Bir müddət əvvəl oyunun Sonic Forces adını alacağı deyilmişdi, lakin bu məlumat təsdiqlənməmişdi. Sonic-in yeni nəsildə necə görünəcəyi hələki bilinmir.

Sonic Forces-un PC, Xbox One, PlayStation 4 və Nintendo Switch üçün 2017-ci ilsə çıxacağı deyilir. Treylerı aşağıda izləyə bilərsiniz.