Snapdragon 845 prosessorları ilə gələcək ilk smartfonların siyahısı

Qualcommun yaxın vaxtlarda rəsmi olaraq elan etdiyi Snapdragon 845 prosessoruna malik olacaq telefonların siyahısı internetə sızıb.

Snapdragon 845 prosessoru hansı telefonlarda mövcud olacaq?

Qualcomm Snapdragon 845 prosessoru 2018-ci ildən etibarən ən güclü telefonlarda istifadə ediləcək. Bildiyimiz kimi, Snapdragon prosessorları ən çox istifadə edilən prosessorlar arasındadır.Snapdragon 845-in ən yuxarı səviyyə prosessor olduğunu bilirik və hansı modellərdə ilk dəfə istifadə olunacağı hamımız üçün maraqlıdır.

İnternetə sızan bu fotoşəkildə 2018-ci ildə Snapdragon 845 prosessoruna sahib olacaq telefonların siyahısını görürük.

Aprel ayında Xiaomi Mi7, May ayında HTC U12, OnePlus 6Xperia XZ Pro-A -nın isə iyun ayında təqdim edilməsi gözlənilir.İlin ikinci yarısından sonra isə LG V40, HTC U12 +, Moto Z 2019, Google Pixel 3 XL, Xperia XZ2Xiaomi Mi Mix 3 modelləri bu prosessordan istifadə edəcək. Samsung şirkəti Galaxy S9 +Galaxy Note 9 modellərində bu prosessoru istifadə edecək.Başqa bir model isə LG G7  olacaq. Siyahıda olan sürpriz model isə LG G7 + olacağı gözlənilir.Çünki,LG G6 modeli digər modellərə nisbətən köhnə xarakteristikalar(Snapdragon 821,Gorilla Glass 3 və s.) ilə təqdim edilmişdi.

Ortaya çıxan bu məlumat doğru olarsa 2018-ci ildə bütün böyük markalar Snapdragon 845 prosessorundan istifadə edəcək .