Snapdragon 840 prosessorlu Samsung Galaxy S8 gəlir!

Samsung şirkəti Snapdragon 840 prosessoru ilə işləyən yeni smartfonunu tanıtmağa hazırlaşır.
Bu gün yayılan məlumata görə Samsung yeni smartfonunun təqdimatına hazırlaşır və bu smartfon maraqla gözlənilən Galaxy Note 8 deyil. Samsung şirkəti Galaxy S8-in "mini" versiyasını bu ayın sonuna qədər satışa çıxaracaqdı, lakin şirkətin bu sirrli cihaza hansı adı qoyması hələki məlum deyil. Yeni smartfon artıq Geekbench-də test edilib. Samsung SM-G9600 model nömrəli cihaz Galaxy S8 Lite və ya Mini ola bilər.

Bu cihazda diqqət çəkən nüans Qualcomm-un Snapdragon 840 çipsetinin yerləşdirilməsidir. Geekbench-dəki siyahıya görə SM-G9600 kimi kodlaşdırılmış cihaz 1,77GHz sürətli 4 nüvəli prosessora sahibdir.

Cihazın özəllikləri haqqında artıq bir neçə iddia ortaya atılıb. İlk iddiada sdm 840 kodunun cihazın Snapdragon 840 ilə gəlməsinə işarə olduğu deyilir. Digər iddiada isə Snapdragon 840-ın 4 nüvəli Snapdragon 820 CPU-nun daha yaxşı GPUmodem ilə birləşdirilmiş prosessor olduğu deyilir.

Samsung-un yeni smartfonuna əlavə etdiyi məlum olan digər özəlliklər isə 4GB RAMAndroid 7.1.2 Nougat əməliyyat sistemidir. Smartfonun ekranı və kamerası haqqında hələ ki, bir məlumat yoxdur amma yaxın günlərdə bu barədə də məlumatların yayılacağı güman edilir.

Snapdragon 840 prosessorlu Samsung Galaxy S8 gəlir!