Snapdragon 836-lı ilk cihaz Samsung Galaxy Note 8 ola bilər

Bu gün Samsung Galaxy Note 8 üçün şok iddia yayılıb!


Bu gün Samsung-un maraqla gözlənilən yeni üst seqment smartfonu Galaxy Note 8 üçün şok iddia yayılıb. Hələ Qualcomm tərəfindən rəsmi olaraq təsdiqlənməyən Snapdragon 836 çipseti ilə birgə gələcəyi deyilən Galaxy Note 8 əgər iddialar doğru olarsa, bu çipset ilə gələn ilk cihaz olacaq. Qualcomm-un yeni modelinin 835-in daha da yaxşılaşdırılmış versiyası olacağı deyilir.

Snapdragon 836-lı ilk cihaz Samsung Galaxy Note 8 ola bilər

Sızdırılan məlumatlara görə Snapdragon 836-da 2,5 Ghz sürətlə işləyən prosessor və 740 Mhz sürətlə işləyən qrafik əməliyyatçısı yer alacaq. Bu yeni çipsetin daha sonra Google PixelLG V30-da da istifadə ediləcəyi güman edilir.

Snapdragon 836-lı Note 8-lərin yalnız ÇinŞimali Amerikada satışa çıxması da yayılan iddialar arasındadır. Digər ölkələr üçün istehsal edilən Note 8-lərdə isə Exynos 8895 prosessorları istifadə edilə bilər.