Snapchat-in ən sevilən özəlliyi artıq İnstagram-da

İnstagram Snapchat-in daha bir özəlliyini kopyalayıb.
Facebook-un nəzdində olan İnstagram-ın rəqiblərinin özəlliklərinə göz dikdiyini bir neçə dəfə müşahidə etmişik. Vine-dan video paylaşmaq, Snapchat-dən hekayə, Periscope-dan canlı yayım və s. özəllikləri kopyalayan İnstagram-ın hədəfi bu dəfə yenə də Snapchat-dir.

İnstagram Snapchat-in ən sevilən özəlliyini kopyalamaqla onu əzmək məqsədi olduğunu bir daha təsdiqlədi. Belə ki, son yeniləmədən sonra artıq İnstagram hekayələrinizdə üz filtrlərindən istifadə edə biləcəksiniz. Filtr əlavə etməkdən başqa hekayələrin üzərinə yazı yaza və videoları təkrar oynada biləcəksiniz.

Hələki iOS cihazları üçün təqdim olunan bu yeniliyin yaxın günlərdə Android platformasına da gəlməsi gözlənilir.