Snapchat-a "təklif olunan dostlar" xüsusiyyəti gəlir!

Məşhur sosial şəbəkə tətbiqi Snapchat Facebook və İnstagram platformlarındakı funksiyaya bənzər olaraq istifadəçilərinə "təklif olunan dostlar" xüsusiyyəti təqdim edəcək. Snapchat yaxın zamanda Facebook-dakı versiyasına bənzər olaraq "Memories" xüsusiyyətini istifadəçilərə təqdim etdiyini açıqlamışdı. Son dövrün məşhur tətbiqi indi də Facebook və İnstagram platformlarındakı təklif olunan dostlar xüsusiyyətini istifadəçilərə təqdim etməyə hazırlaşır. Snapchat-a yeni xüsusiyyət! İstifadəçilərə izlənilməsi lazım olan hesab tövsiyələri edəcək xüsusiyyət ortaq dostlarınızın izlədiyi hesabları sizə təqdim edəcək. İstifadəçilərin bir-birləriylə tövsiyə hesab paylaşımı edə biləcəkləri xüsusiyyət bu şəkildə istifadə ediləcək: Başqa bir dostuna müəyyən Snapchat hesabını izləməsi istiqamətində təklif edəcək istifadəçi həmin hesabın sahibinin adının olduğu bölməyə barmağını basılı tutacaq. Ardından sağ alt bölmədə görünəcək mavi işarə köməyiylə həmin hesabı istədiyi dostuyla paylaşa biləcək.

Siyahınızda olan birinə hesab tövsiyəsi etdikdən sonra Snapchat sizin təklif olunan hesabla ünsiyyət qurmaq istəyiniz olub-olmadığını bir bildiriş ilə sorğulayacaq. Bununla istifadəçilər təklif olaraq paylaşdıqları hesab istifadəçiləri ilə söhbət etmək imkanına sahib olacaqlar. Digital Trends-də yerləşən xəbərə görə xüsusiyyətin nə zaman istifadəçilərə təqdim ediləcəyi isə hələ dəqiq bilinmir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .