Snapchat, Instagram-ın özəlliyini kopyaladı!

Özəllikləri uzun müddətdir ki, Instagram tərəfindən kopyalanan Snapchat, bu dəfə özü Instagram-ın özəlliyini kopyaladı.

Gənclər arasında məşhur sosial media platforması olan Snapchat, Instagram-ın "Hekayələr" özəlliyini təqdim etməsindən sonra anidən 2-ci plana atılmışdı. Bu azmış kimi son günlərdə ciddi dəyişikliklər edilən Snapchat-in dizaynı istifadəçiləri tərəfindən böyük narazılıqla qarşılandı. 

Bütün bu narazılıqlara cavab olaraq əvvəlki dizaynına dönməyəcəyini deyən Snapchat, bu gün əsas rəqibindən onun çox bəyənilən bir özəlliyini kopyaladı. Sözügedən özəllik isə "Hekayələrə GIF əlavə etmək" özəlliyidir.

Belə ki, artıq məşhur GIF platforması Giphy-nin infrastrukturu ilə GIF axtara və sevdiyiniz GIF-ləri Snap-inizə əlavə edə bilərsiniz. İlk olaraq iOS istifadəçiləri üçün təqdim edilən bu özəllik, önümüzdəki günlərdə Android cihazlar üçün də istifadəyə veriləcək.