Smartfonunuzun nə qədər etibarlı olduğunu öyrənməyinizə kömək edən 4 kod!



Təhlükəsizlik hər zaman ilk tələblərimizdən biri olmalıdır. Sadəcə bir neçə qısa kodun köməyi ilə telefonunuzun təhlükəsizliyinin hansı səviyyədə olduğunu, mesajlarınızın və məlumatlarınızın qorunub-qorunmadığını və ya başqaları tərəfindən izlənib-izlənilmədiyini öyrənə bilərsiniz.

Bəzi beynəlxalq kodlar var ki, istehsalçı fərqi olmadan bütün cihazlarda təhlükəsizlik haqqında ətraflı məlumat verir.

*#21#

Bu kodla zənglərinizin, mesajlarınızın və digər məlumatlarınızın başqa şəxsə yönləndirilib-yönləndirilmədiyini öyrənə bilərsiniz. Burda yönləndirilən şəxsin kimliyi deyil, sadəcə yönlənirilmənin olub-olmadığı bilinir.

*#62#

Zənglərin, mesajların və digər məlumatların haraya yönləndirildiyini isə bu kodla öyrənirik. Səsli zənglərinizin mobil operatorunuzun nömrələrindən birinə yönləndirildiyini görsəniz təlaşlanmayın. Bu mobil operatorunuzun sizi məlumatlandırmaq üçün istifadə etdiyi bir üsuldur və burada görünən nömrə kiminsə tərəfindən istifadə olunmur.

##002#

Cari zəng yönləndirmələrinizi bu kodla silə bilərsiniz. Bu kod bütün cihazların dəstəklədiyi beynəlxalq koddur.

*#06#

Bu da digər bir beynəlxalq koddur. Bu kodla siz telefonunuzun IMEI nömrəsini öyrənə bilərsiniz. Əgər bu kodu yığanda ekrana çıxan nömrə batareyanızın altındakı etikettə yazılan və ya telefonunuzun qutusunun üzərində olan nömrə ilə eynidirsə onda tam rahat ola bilərsiniz. Fərqli bir halla qarşılaşsanız istehsalçı ilə mütləq əlaqə saxlayın.