Səyahətsevərlər üçün yerli tətbiq - "VisitedX"

Azərbaycanlı İT mütəxəssislər səyahətsevərlər üçün çox maraqlı tətbiq hazırlayıb.
İKT sektorunda tanınmış mütəxəssis Rüfatet Babakişiyev və biznes-mentor Samir Qənilinin təşəbbüsü ilə səyahətsevərlər üçün yerli mobil tətbiq hazırlanıb. VisitedX adlı bu mobil tətbiq ilə səyahət etdiyiniz yerləri və bu yerlər barədə məlumatları öz dostlarınızla paylaşa bilərsiniz.



Səyahət etdiyiniz yerləri xəritədə işarələməklə daha sonra olduğunuz məkanların sayı və dünyanı hansı nisbətdə gəzdiyiniz haqqda məlumatlar əldə edirsiniz. Rüfatet Babakişiyevin sözlərinə görə onlar qlobal bazarda bu layihəyə oxşar bir tətbiqi bəyəniblər və onun üzərində kiçik dəyişikliklər edərək VisitedX-i yaradıblar.



İT mütəxəssis həmçinin qeyd edib ki, artıq Azərbaycan, Türkiyə, Rusiya və ABŞ olmaqla 4 ölkənin xəritəsinin hazırlanması başa çatıb. Tətbiqi əməliyyat sistemindən asılı olaraq türk, ingilis və rus dillərində istifadə edə bilərsiniz.



Sonda isə qeyd edilib ki, layihənin əsas məqsədi bu tətbiqi dünyada 10 ən vacib tətbiqdən birinə çevirməkdir. Google PlayApp Store-da öz yerini alan VisitedX-i aşağıdakı keçidlərdən yükləyə bilərsiniz.


VisitedX Google Play-də


VisitedX App Store-da

Ümid edirik ki, VisitedX-in funksionallığı zamanla daha da artacaq və bu yerli tətbiqimiz dünyaca məşhur tətbiqlər sırasına öz adını yazdıraraq milli qürur mənbəyimiz olacaqdır. Tətbiq haqqında daha ətraflı məlumatı www.visitedx.com saytından əldə edə bilərsiniz. Uğurlar VisitedX!