Səhra tufanı şəraitində işləyəcək robotlar yaradılıb



Texnologiya.az "ICTnews"-a istinadən bildirir ki , Çin mühəndisləri səhra tufanı şəraitində işləmək üçün ixtisaslaşan iki robot yaradıblar. Biri hörümçəyəoxşar, digəri tırtıllar üzərində hərəkət edən robotlar səhralıq ərazilərdə qum və tozun səviyyəsi haqqında məlumatlar toplamaqla məşğul olacaqlar. Qeyd olunur ki, Çin Elmlər Akademiyasından bildirilib ki, 6 əl-ayağı olan hörümçəyəoxşar robotun mümkün yüklənməsi 8 kq, tırtıllar üzərində hərəkət edən robotun isə 80 kq təşkil edəcək. Mexanizmlər tədqiqatın aparıldığı ərazidə atmosfer təzyiqini, küləyin sürətini, torpağın nəmliyini və eroziya səviyyəsini ölçə biləcəklər. Ninsya Universitetinin mütəxəssisi Yan Zelinin sözlərinə görə, günəş panelləri ilə təchiz edilən və avtonom iş vaxtı 1 saat təşkil edən robotlar informasiyanın 25 km məsafəyədək ötürülməsi üçün mikrodalğalardan istifadə edirlər. Bildirilir ki, hazırda səhralarda və səhra tufanı episentrlərində məlumatlar aeroloji stansiya avadanlıqlarının köməyi ilə toplanır. Belə stansiyalar təbiəti tədqiq edərək radiozond və meteoroloji raketlər buraxırlar. Y.Zelin qeyd edib ki, robotların ötürücüləri torpaqdan təxminən 50 sm aralı məsafədə yerləşir ki, bu da torpaq haqqında lazımi məlumat əldə etməyə imkan verir. Əvvəllər isə bunu etmək çox çətin olub. Robotların ilk sınaqlarının Ninsya əyalətində keçirilməsi planlaşdırılır.