Samsung-un daha bir modelinə Android Nougat gəldi

Samsung cihazlarını Android Nougat ilə təmin etməyə davam edir.
Samsung çox sevilən A seriyasını Android Nougat yeniləməsi ilə təmin etməyə tələsir. Elə ki, koreyalı texnologiya nəhəngi indi də Galaxy A3 (2016) üçün Android 7.0 Nougat yeniləməsini yayımlayıb. Addım-addım bütün dünyadakı istifadəçilərə yayılan yeniləmə ilk olaraq Almaniyada istifadəyə verilib.

Təxminən 950 MB həcmindəki Galaxy A3 (2016) üçün Nougat yeniləməsi yaxın bir müddət ərzində ölkəmizdə də istifadəyə veriləcək. OTA vasitəsilə yüklənən yeniləmə ilə sistem həm Android Nougat-a yüksələcək, həm də telefonda yaşanan bəzi problemlər həll olunaraq performans daha da yaxşılaşacaq.

Məlumat üçün qeyd edək ki, Samsung Galaxy A3 (2016) Corning Gorilla Glass 4 ilə qorunan 4,7 düym böyüklükdə və 720P keyfiyyətli ekrana, Exynos 7578 çipsetə, 1,5 GB RAM-a və 13 MP arxa kameraya sahibdir.

Samsung-un daha bir modelinə Android Nougat gəldi