Samsung səhvən S8 Plus-ı ortaya çıxartdı!

İlin maraqla gözlənilən iki telefonu Samsung Galaxy S8 və Galaxy S8 Plus (S8+) 29 martda təqdim olunacağı halda, Samsung Hindistan-ın səhvən Samsung dəstək səhifəsində Galaxy S8 Plus bölməsini aktiv etməsiylə S8 Plus-ın model kodu ortaya çıxdı.

Rəsmi mənbələrə görə SM-G955FD model kodunu alacaq iki sim kart modeli (əslində SM–G955F olacaq) gözləntilərə görə 6.2 inç curved Super AMOLED ekranına sahib olacaq və ekran keyfiyyəti isə QHD, yəni 2K olaraq nizamlanacaqdır. Gücünü Samsung Exynos 8895 ya da Qualcomm Snapdragon 835 prosessorundan alacaq cihazda 4GB/6GB RAM, 64GB daxili yaddaş , MicroSD kart dəstəyi, barmaq izi oxuyucusu və USB Type-C portu olacaqdır.