Samsung gələn il üçün 3 model tanıdacaq

Samsung üç müxtəlif modeli təqdim etməyə hazırlaşır. Galaxy S9, Galaxy S9 + ilə birlikdə yeni bir model təqdim ediləcəkdir.


ValueWalk-ın məlumatına görə  Galaxy S9 və S9 + ilə gələcək S9 mini qabarıq  "Infinity Display" ekranı ilə təqdim olunacaq. Ekranı 5 düymdən bir qədər kiçikdir. Məlumatın əsas mənbəyi Çinin sosial şəbəkəsi olan Weibo saytıdır.

Daha əvvəl S7 və S8 mini modellərinin istehsal ediləcəyi deyildi amma bu gözləntinin hər iki cihazda da doğru olmadığı ortaya çıxdı. Beləliklə bu söz-söhbətin baş verməsi ehtimalı da bir az aşağıdır.

Galaxy S9 haqqında digər məlumata görə cihaz "ekranın altında" barmaq izi sensoru ilə gəlməyəcək, lakin Snapdragon 845 prosessorunu istifadə edəcək. Ön kameranın ciddi dəyişikliklərə məruz qalacağı və video prosessoru iPhone X-dan 4 qat daha sürətli olacağı ifadə edilir.