Samsung Galaxy S8 sevənlərə şad xəbər: Rose Gold rəng seçimi gəlir!

Bu gün Samsung Galaxy S8-in yeni rəngini göstərən şəkilər yayılıb.


Samsung-un bu ilki yuxarı seqment telefonları Galaxy S8 və Galaxy S8+ modellərinin dizaynı olduqca cəlbedici görünür. Çərçivəsiz ekran, metal və şüşə gövdə ilə dizayn olunmuş cihaz görünüşü ilə əksər texnologiya həvəskarını heyran etdi.

Bu gün smartfonun cəlbedici dizaynı yenə də müzakirə obyekti olub. Elə ki, Çində bir sosial şəbəkədə Galaxy S8 Plus-ın Rose Gold rəngini göstərən görüntü ortaya çıxıb. Görünən odur ki, yeni rəng seçimi ilə Galaxy S8-in cəlbediciliyi daha da artacaq. Rose Gold rəng seçimi əsasən Galaxy S8-in qadın fanları üçün xoş xəbər olub.