Samsung Galaxy S8-dən möhtəşəm yeniliklər!

Samsung-un mart ayında çıxacaq S8 modelinin ən çox satılanlar sırasında olacağı hamıya məlumdur. Şirkət rəsmiləri çox olan marağı daha da artırmaq üçün hər gün daha bir xəbəri medyaya yayır. Belə ki, yeni gələn xəbərlər Galaxy S8-in yanında Level In ANC Bluetooth-la işləyən möhtəşəm bir qulaqcıq olacağını deyir. Bu qulaqcıq hər nə qədər möhtəşəm olsa da, şirkət rəsmiləri qulaqcığın qiymətinin 130 avro olacağını deyib. Galaxy S8-də iPhone 7 kimi qulaqcıq girişinin olub-olmaması hələdə gündəmdədir və yaxın günlərdə bu sualın da cavablanacağı gözlənilir.
Samsung-un Level ailəsinin yeni üzvü olacaq ANC , yəni Active Noise Cancelling özəlliyindən götürülərək adlandırılan bu qulaqcıq ehtimal ki, ətrafdakı səsin qarşısını almaq üçün yeni bir Icon X-ə sahib olacaq. Hər kəsi düşündürən isə "mart ayında göstəriləcək olan S8-in qutusunda bu qulaqcıq da olacaqmı?" sualıdır. Samsung Galaxy S8-də gələcək yeniliklərdən biridə Infinity ekrandır. Yəni, yeni gələn Infinity display olaraq adlandırılacaq özəllik sayəsində Galaxy S8 yeni rənglərə sahib olacaq. Bilindiyi kimi Galaxy S6 ilə gələn rənglər arasında White Pearl, Black Sapphire, Gold Platinium və Blue Topaz yer alırdı. Sonrasında S7 ilə rəng şkalasına Pink Gold-u da artıran Samsung şirkəti Galaxy S8 ilə bu şkalaya daha da rəng artıracaq. Şirkət Note 7-də qarşımıza çıxan Black Onyx və Blue Coral kimi canlı rənglərlə şkalasını daha da genişləndirməyi fikirləşir. Bundan başqa S8-in bir neçə zamandır düşünülən Crimson Red rəngi ilə də satışa çıxa biləcəyi gələn xəbərlər arasındadır.