Samsung Galaxy Note7 rəsmi olaraq təqdim edildi!

Samsung şirkəti ABŞ-ın New York şəhərində təşkil etdiyi təqdimat mərasimiylə Samsung Galaxy Note7-ni rəsmi olaraq təqdim etdi! İlk diqqət çəkən məqam Galaxy Note6 olaraq gözlədiyimiz cihaza Samsung-un qərarı ilə Galaxy Note7 adının verilməsi oldu, səbəb isə olduqca sadədir. Firmanın bildiyimiz kimi Galaxy S və Galaxy Note şəklində iki ana admiral gəmi seriyası var. Galaxy S2-dən sonra gələn Galaxy Note isə bu mənada həmişə bir say geridə qaldı. Bu səbəblə də Samsung qarışıqlığı yox etmək, eyni seriya olduqlarını bildirmək məqsədi ilə bu il Galaxy Note6 olaraq gəlməsi gözlənilən telefonu S7 və S7 edge ilə bərabər olması baxımından Galaxy Note7 olaraq təqdim edəcək.


Galaxy Note7-nin texniki xüsusiyyətləri nələrdir? 5.7 düym və 2K (QHD) dəqiqliyində Super AMOLED ekran qıvrımlı (edge) olaraq gələn Galaxy Note7-də ilk dəfə olaraq HDR ekran dəstəyi var. Yəni, Galaxy S7 ailəsinə görə Galaxy Note7 daha canlı və daha dəqiq bir görünüş təqdim edə biləcək. Galaxy Note7-nin bu ekranı isə Corning Gorilla Glass5 ilə qorunur. Təchizat olaraq Galaxy S7 və Galaxy S7 Edge-dəki Samsung Exynos 8890 Octa çipsetlə Mali-T880 MP12 GPU dəstək verəcək. Wi-Fi 802.11 a/b/g/n/ac təqdim edən Samsung Galaxy Note 7 bazara görə dəyişəcək LTE Cat.12 / LTE Cat.10 və LTE Cat.9 əlaqələrini dəstəkləyəcək. 4GB RAM ilə dəstəklənəcək olan cihazda 64GB və 128GB kimi yüksək yaddaş tutumuyla bərabər MicroSD kart dəstəyi də mövcuddur. Batareya olaraq 3.500mAh batareyanı seçən Samsung şirkəti S7 Edge-dəki 3.600mAh-a nisbətən kiçilmə olduğu görülsə də Note 7 üçün kifayət bir batareya miqdarı olduğunu deyə bilərik. Bu batareyanı sürətli şarj ilə dəstəkləyəcək olan Note7 eyni zamanda sürətli kabelsiz şarj dəstəyinə də sahibdir. Ölçü olaraq 153.5x73.9x7.9mm kimi dizayn olunmuş Note7 169qr ağırığındadır.


Galaxy Note7 kamera xüsusiyyətləri! Samsung-un Galaxy S7 və S7 edge modellərində ön plana çıxardığı kamera texnologiyası Galaxy Note 7-də də davam edəcək. Yəni 12MP f/1.7 diafraqma açıqlığı təqdim edən OIS dəstəkli, 1/2.6 düym sensor ölçüsü ilə 1.4μm piksel böyüklüyü təqdim edən bir arxa kamera və 5MP f/1.7 22mm-lik bir ön kamera təqdim edəcək. Buna əlavə olaraq HDR dəstəyi də təqdim edən Samsung-un HDR ekranında çəkmiş olduğunuz HDR videoları izləyə biləcəksiniz. Ancaq, bu modeldə kiçik bir ekstramız var. İris oxuyucu olaraq bilinən biometrik göz skaner sistemini ilk dəfə əlavə edən Samsung şirkəti barmaq izi oxuyucusundan əlavə yüksək bir təhlükəsizlik tədbirini də telefonuna gətirmiş olur. Hətta Samsung-un iddiasına görə iris oxuyucu əməliyyatı ilə telefonu açmaq 0.22saniyə kimi inanılmaz bir sürətə sahib olacaq.


Galaxy Note 7-nin SPen xüsusiyyətləri! SPen nöqtəsində də olduqca yeniliklər gətirən Samsung şirkətinin Note5-də yaşanan problemi həll etdiyini qeyd etməliyik. Eyni zamanda Samsung-un Note7 ilə gələn və buna SPen nöqtəsində də dəstək verən IP68 sertifikatı sayəsində onu yaş zəmində və birbaşa su təması nöqtəsində də istifadə etmək mümükün olur. Yəni suyun altında Samsung Galaxy Note7-ni SPen ilə istifadə edə biləcəksiniz.


Samsung Galaxy Note7-yə məxsus Gear VR! Samsung Galaxy Note7 USB Type C portuna sahib olduğu üçün özünəməxsus bir yeni Gear VR-lə gəlir. Gear VR for Galaxy Note7 adlı Gear VR həm USB Type C, həm də Micro USB əlaqəsini dəstəkləyir. Yəni Note 7 üçün xüsusi olsa da Gear VR dəstəkləyən S7, S7 edge, Note5, S6 edge+, S6 və S6 edge ilə də istifadə edə biləcəksiniz.


Samsung Galaxy Note7-nin rəng seçimləri: Samsung Galaxy Note7 cihazı S7 ailəsində olduğu kimi Black Onyx(Qara), Silver Titanium(Gümüşü), Champange Gold(Qızılı) və bu səfər yenilik olaraq Blue Coral(Açıq Mavi) rənglərinə sahib olacaq.


Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .