Samsung Galaxy Note 8-in yeni görüntüləri yayıldı

Galaxy Note 8-ə aid olduğu deyilən görüntülərdə smartfonun bəzi özəllikləri də üzə çıxıb.
@PoyocoTech adlı bir Twitter istifadəçisi Samsung Galaxy Note 8-ə aid olduğu iddia edilən bir render görüntüsü paylaşıb. Gördüyümüz kimi fablet telefonun ekran dizaynı Samsung Galaxy S8+Galaxy S8-də istifadə olunan Infinity Display-ə bənzəyir. Əlavə olaraq Samsung-un barmaq izi sensorunu ekranın alt hissəsinə yerləşdirmə problemini həll etdiyi məlum olub. Bunu deməyə əsas verən isə görüntülərdə Galaxy Note 8-in ön və ya arxa hissəsində barmaq izi sensorunun görünməməsidir. Samsung Galaxy Note 8-in yeni görüntüləri yayıldı
Görüntülərdə şaquli dizayn edilmiş 2 kameranı görə bilərik. Poyoco tərəfindən paylaşılan tweetdə smartfonun AKG tərəfindən hazırlanmış stereo səsucaldıcıları istifadə etməsi və Bixby düyməsinin birbaşa özünə əlavə edilməsi iddia olunur. Görüntüyə görə 3,5 mm qulaqcıq girişi telefonun alt hissəsinə yerləşdirilib. Ayrı bir Weibo sızıntısına görə Galaxy Note 8 daha dar çərçivələri sayəsində daha yüksək fazili ekran/gövdə nisbətinə sahib olacaq. Yayılan məlumatlarda ən sonda isə fabletin yuxarı künclərinin daha geniş bucaqlı olacağı qeyd olunub. Samsung Galaxy Note 8-in yeni görüntüləri yayıldı
Samsung Galaxy Note 8-in 1 sentyabrda Berlində təşkil olunacaq ilin IFA sərgisində təqdim olunacağı gözlənilir.